AzQAC Sumqayıt Regional Mərkəzinin FMKD üzvləri "Səhərçağı"proqramında iştirak edib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Sumqayıt Regional Mərkəzinin FMKD üzvləri "Səhərçağı"proqramında iştirak edib

8 May – Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Günü münasibətilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt Regional Mərkəzinin Fövqəladə Mobil Könüllü Dəstəsinin üzvləri Mədəniyyət TV-nin "Səhərçağı" proqramında qonaq olublar.
Könüllülər efir zamanı ilk yardım vərdişləri barədə  məlumat veriblər, real həyat hadisələrində həyati əhəmiyyət daşıyan müdaxilələrin necə aparıldığını nümayiş etdiriblər. Praktiki təqdimatlar vasitəsilə ilk yardımın nə qədər vacib və öyrənilməli olduğu bir daha vurğulanıb.